“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 83 kiloqram işlənmiş batareya toplanaraq təhvil verilib
19 İyun 2026, 18:32
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qırmızı Ürəklər Fondu tərəfindən həyata keçirilən “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində növbəti batareya yığımı uğurla başa çatıb.
Layihə çərçivəsində ekokönüllülər
- Azərbaycan Sənaye Bankından;
- “Araz” supermarketlər şəbəkəsinin Qutqaşınlı-2 filialından;
- “Bravo” supermarketlər şəbəkəsinin Əhmədli filialından;
- “Xəzər Elektron” MMC-dən;
- 225 nömrəli tam orta məktəbdən
ümumilikdə 83 kq işlənmiş batareya toplayaraq “Tullantıları İdarəetmə Mərkəzi” MMC-yə təhvil veriblər.
İşlənmiş batareyaların düzgün toplanması və utilizasiyası ətraf mühitin qorunmasına, torpaq və su ehtiyatlarının çirklənməsinin qarşısının alınmasına mühüm töhfə verir. Layihəyə dəstək göstərən bütün tərəfdaşlara və vətəndaşlara təşəkkür edirik.