Xəbərlər


7-ci “Yerli şirkətlərin tanıtım sərgisi”ndə Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi öz stendi ilə təmsil olunur

19 İyun 2026, 15:18

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Marsol Group”un birgə təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində keçirilən 7-ci “Yerli şirkətlərin tanıtım sərgisi”ndə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi öz stendi ilə təmsil olunur.

Sərgi çərçivəsində ziyarətçilər Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin stendinə baxış keçirərək qurumun fəaliyyət istiqamətləri, əsas prinsipləri və dağ-mədən sənayesində mövcud investisiya imkanları ilə yaxından tanış ola bilərlər.

Stenddə Agentliyin fəaliyyətini əks etdirən nəşrlər, videoçarxlar, faydalı qazıntı yataqlarına dair interaktiv xəritə və digər məlumatlandırıcı materiallar nümayiş olunur.