Xəbərlər


Böyük Qayıdış proqramı çərçivəsində ekoloji maarifləndirici görüşlər keçirilib

18 İyun 2026, 17:55

Böyük Qayıdış proqramı çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarəsinin əməkdaşları tərəfindən növbəti ekoloji maarifləndirici görüşlər Ağdərə rayonu Suqovuşan kənd və Talış kənd tam orta məktəblərində təşkil olunub.

Görüşlərdə şagirdlərə ətraf mühitin qorunmasının əhəmiyyəti, təbii ehtiyatlardan səmərəli və məsuliyyətli istifadə, tullantıların düzgün idarə olunması haqqında məlumat verilib. Tədbir zamanı məktəblilərin ekoloji bilik və bacarıqlarının artırılması, onların ətraf mühitin qorunmasına fəal şəkildə cəlb edilməsi məqsədilə fikir mübadiləsi aparılıb, şagirdlərin sualları cavablandırılıb.

Tədbirlərin əsas məqsədi məktəblilərdə təbiətə qayğı və davamlı ekoloji davranış vərdişlərini formalaşdırmaq və onları ətraf mühitin qorunmasına təşviq etməkdir.