“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində bu dəfə 101 kiloqram işlənmiş batareya toplanaraq təhvil verilib
08 İyun 2026, 16:11
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qırmızı Ürəklər Fondu tərəfindən həyata keçirilən “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi uğurla davam etdirilir.
Layihə çərçivəsində könüllülər
- "Araz" supermarketlər şəbəkəsinin 20 Yanvar və Sumqayıt filiallarından;
- "Metak" şirkətindən;
- “Bravo” supermarketlər şəbəkəsinin Koroğlu, 28 Mall filiallarından;
- “Landau school"un Sea Breeze filialından
ümumilikdə 101 kq işlənmiş batareya toplayaraq “Tullantıları İdarəetmə Mərkəzi” MMC-yə təhvil veriblər.
Layihəyə dəstək verən bütün tərəfdaşlara və vətəndaşlara təşəkkür edirik.