Xəbərlər


Könüllülər üçün "Go Camp" layihəsi uğurla davam edir

29 May 2026, 17:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə həyata keçirilən “Go Camp” layihəsi çərçivəsində növbəti düşərgə Şahdağ Milli Parkının İsmayıllı bölməsində təşkil olunub.

Layihə çərçivəsində ay ərzində fəallığı ilə seçilən könüllülər ölkəmizin zəngin təbiət irsi ilə yaxından tanış olmaq imkanı qazanıblar. İştirakçılar milli parkın unikal biomüxtəlifliyi, flora və fauna növləri barədə ətraflı məlumat əldə ediblər.

Layihənin əsas məqsədi könüllülər arasında sağlam həyat tərzinin formalaşdırılması, ətraf mühitin mühafizəsində gənclərin rolunun artırılması, onlar arasında birliyin təşviqi, eyni zamanda aktiv fəaliyyət göstərən Azərbaycan könüllülərinin fəaliyyətinin qiymətləndirilməsidir.