“Şəhərsalma və Memarlıq İli” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
24 Aprel 2026, 19:10
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Baş Prokurorluğun birgə təşkilatçılığı ilə Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib.
Aksiyada hər iki qurumun rəhbər heyəti və əməkdaşları, eləcə də ekokönüllülər iştirak edib. Tədbir çərçivəsində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.
Qeyd edək ki, həyata keçirilən ağacəkmə aksiyaları ölkəmizdə ekoloji təşəbbüslərin təşviqi, ətraf mühitin mühafizəsinə ictimai diqqətin artırılması və yaşıllaşdırma tədbirlərinin davamlılığının təmin olunmasına töhfə verir.