Xəbərlər


Qlobal Təkrar Emal Günü münasibətilə regionlarda ekoloji maarifləndirici görüşlər keçirilib

19 Mart 2026, 15:00

18 mart – Qlobal Təkrar Emal Günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, Nizami Rayon İcra Hakimiyyəti və Bakı Şəhər Gənclər və İdman İdarəsinin Nizami rayonu üzrə gənclər və idman sektorunun əməkdaşlarının birgə təşkilatçılığı ilə “Azerbaijan British College”də ekoloji maarifləndirici görüş təşkil olunub.

Görüş zamanı şagirdlərə tullantıların azaldılması, təkrar emal və ekoloji məsuliyyət barədə məlumat verilib, maarifləndirici videoçarxlar nümayiş olunub. Tədbirin sonunda məktəblilərin mövzuya dair hazırladıqları rəsmlərdən ibarət sərgi təqdim olunub.

Eyni zamanda 6 və 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarələrinin əməkdaşları tərəfindən İsmayıllı rayonunun E.Məmmədov adına 3 nömrəli məktəb-liseyində, Tərtər rayonunun E.Cəfərov adına Sarıcalı kənd tam orta məktəbində də interaktiv görüşlər keçirilib, şagirdlərin sualları cavablandırılıb.

Tədbirlərin əsas məqsədi şagirdlərin ekoloji biliklərinin artırılması, məsuliyyətli istehlak davranışının təşviqi və ekoloji dəyərlərin gələcək nəsillərə ötürülməsinin vacibliyinin aşılanmasıdır.