Xəbərlər


Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyində Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

26 Fevral 2026, 17:35

Əvvəlcə Dövlət Himni səsləndirilib, respublikamızın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin və Xocalı faciəsi qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Xocalı soyqırımının XX əsrin ən faciəli cinayətlərindən biri olduğu və bu tarixin xalqımızın tarixi yaddaşında silinməz və dərin izlər buraxdığı bildirilib, soyqırım qurbanlarının əziz xatirəsinin xalqımız və dövlətimiz tərəfindən daim böyük ehtiramla yad edildiyi, onların xatirəsinin yaşadılması və həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində tədbirlərin həyata keçirildiyi diqqətə çatdırılıb.