Qışa hazırlıq məqsədilə oduncaq tədarükü davam edir
29 Dekabr 2025, 12:00
Qışa hazırlıq məqsədilə qazlaşdırılmayan kəndlərin əhalisinin, Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidmətinin hərbi hissələrinin, təhsil, səhiyyə müəssisələrinin odun yanacağı ilə təmin olunması üçün oduncaq tədarükü davam edir.
Ölkə üzrə 22 - 26 dekabr tarixlərində Regional Meşə Təsərrüfatı Mərkəzləri tərəfindən ümumilikdə 1678 m3 həcmində oduncaq tədarük olunub.