Xəbərlər


Ətraf mühitin mühafizəsi sahəsində maarifləndirici görüşlər davam edir

18 Dekabr 2025, 13:06

 
Regional Ekologiya və Təbii Sərvətlər İdarələrinin əməkdaşları tərəfindən ətraf mühitin mühafizəsi sahəsində növbəti maarifləndirici görüşlər Gəncə şəhəri Nizami Gəncəvi adına 11 nömrəli və V.Vəliyev adına 12 nömrəli tam orta məktəblərdə, Bərdə rayonu A.Süleymanov adına Şorəlli kənd tam orta məktəbində və 8 nömrəli tam orta məktəbdə keçirilib.

“Tullantıların düzgün idarə edilməsi və təkrar emal” mövzusunda keçirilən görüşlərdə şagirdlərə tullantıların düzgün çeşidlənməsi, plastik tullantıların ətraf mühitə mənfi təsirləri, onların azaldılması yolları haqqında məlumat verilib, eyni zamanda ətraf mühitin mühafizəsinin vacibliyi, təbii ehtiyatlardan düzgün və səmərəli istifadə üsulları, təkrar emalın əhəmiyyəti izah edilib.

Maarifləndirici görüşlər uşaqların ekoloji biliklərinin artırılması, ətraf mühitin qorunmasının vacibliyinin aşılanması, ətraf mühitə qarşı məsuliyyətli münasibətin formalaşdırılması məqsədi daşıyır.