“Təmiz hava” aylığı ilə əlaqədar reydlər keçirilib
21 Noyabr 2025, 17:16
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən “Təmiz hava” aylığı çərçivəsində birgə reydlər keçirilib.
"Təmiz hava” aylığı çərçivəsində keçirilən reydlər Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin, Bakı, Sumqayıt, Xızı, Abşeron, Qusar, Şəki, Oğuz, Zaqatala, Tərtər, Göygöl, Ağdaş, Kürdəmir, Ucar, Goranboy, Samux, Lənkəran, Yardımlı, Astara, Masallı, Cəlilabad, Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Şəmkir, Şirvan, Sabirabad, İmişli, Salyan, Neftçala, Biləsuvar, Hacıqabul, Saatlı rayon Polis Şöbələrinin yol polisi bölməsinin əməkdaşları tərəfindən sözügedən rayon və şəhərlərin ərazilərində təşkil edilib.
Keçirilən reydlər zamanı ümumilikdə 3558 avtonəqliyyat vasitəsinə baxış keçirilib, 1145 avtonəqliyyat vasitəsinin mühərrikindən ayrılan zərərli maddələrin miqdarı normadan artıq olduğundan nəqliyyat vasitələrinin sürücüləri barədə inzibati protokol tərtib edilib və qanunamüvafiq tədbirlər görülüb.
Tədbirlər zamanı mütəxəssislər tərəfindən sürücü və sahibkarlarla avtonəqliyyat vasitələrinin texniki sazlığının daim nəzarətdə saxlanılmasının ətraf mühitin qorunmasında mühüm rol oynaması barədə maarifləndirici söhbətlər aparılıb.