Növbəti “Tullantıları tinglərə dəyiş” aksiyası 4 saylı Bakı “ASAN xidmət” mərkəzinin qarşısında keçiriləcək
12 Noyabr 2025, 16:22
Noyabrın 14-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, “ASAN xidmət” mərkəzinin dəstəyi ilə “Tullantıları tinglərə dəyiş” aksiyası keçiriləcək.
4 saylı Bakı “ASAN xidmət” mərkəzinin qarşısında keçiriləcək aksiya zamanı vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 5 litr tutumu olan şüşə butulka/banka və ya 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzində ting əldə edə biləcəklər.
Hər kəsi aksiyada fəal iştirak etməyə, tullantıların təkrar emalına dəstək olmağa çağırırıq.
- 14 noyabr
- 14:00
- 4 saylı Bakı “ASAN xidmət” mərkəzi - Bakıxanov qəs., Sülh küç. 197