Qışa hazırlıq məqsədilə oduncaq tədarükü davam edir
20 Oktyabr 2025, 10:35
Qışa hazırlıq məqsədilə qazlaşdırılmayan kəndlərin əhalisinin, Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidmətinin hərbi hissələrinin, təhsil, səhiyyə müəssisələrinin odun yanacağı ilə təmin olunması üçün oduncaq tədarükü davam edir.
Ölkə üzrə 13 - 17 oktyabr tarixlərində Regional Meşə Təsərrüfatı Mərkəzləri tərəfindən ümumilikdə 2179 m3 həcmində oduncaq tədarük olunub.