Xəbərlər


Bu gün Ümumdünya Köçəri Quşlar Günüdür

11 Oktyabr 2025, 09:00

Ümumdünya Köçəri Quşlar Günü may ayının ikinci şənbə günü (10 may 2025-ci il) köçəri quşların yuvalama yerlərinə, oktyabrın ikinci şənbə günü (11 oktyabr 2025-ci il) isə qışlama yerlərinə qayıtması münasibətilə qeyd olunur.

Bu gün köçəri quşların ekosistemlərin sağlamlığında və bioloji müxtəlifliyin qorunmasında oynadığı mühüm rolu vurğulayır. Eyni zamanda, onların köç marşrutları boyunca qarşılaşdıqları yaşayış mühitinin azalması, iqlim dəyişikliyi və çirklənmə kimi təhlükələrə diqqət çəkmək məqsədi daşıyır.

2025-ci ildə Ümumdünya Köçəri Quşlar Günü “Quşlarla dost şəhərlər və icmaların yaradılması” mövzusuna həsr olunub. Bu çağırış hər birimizi fərd olaraq, icma olaraq vəhşi təbiətlə ortaq məkanlarımızı qorumağa, şəhərlərimizi quşların da yaşaya biləcəyi məkana çevirməyə dəvət edir.