Xəzər dənizinin Sumqayıt sahilində iməcilik təşkil olunub
08 Oktyabr 2025, 14:45
Milli Məclisin deputatı Nigar Məmmədovanın təşəbbüsü, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Abşeron rayonu Qobu qəsəbəsinin Ə.İbrahimov adına 2 nömrəli tam orta məktəbin şagirdlərinin və ekokönüllülərin iştirakı ilə Xəzər dənizinin Sumqayıt sahilində təmizlik aksiyası keçirilib.
Aksiyanın keçirilməsində məqsəd Xəzər dənizinin tullantılardan təmizlənməsini təmin etmək, ətraf mühitin qorunması və ictimai şüurun artırılması istiqamətində gəncləri maarifləndirməkdir.