Regionlarda ətraf mühitin mühafizəsi sahəsində maarifləndirici tədbirlər davam edir
03 Oktyabr 2025, 13:45
Regionlarda yaşayan əhalinin ekoloji məsuliyyət hissinin artırılması, təbiətin qorunması ilə bağlı bilik və bacarıqların inkişaf etdirilməsi, xüsusən də gənc nəsildə davamlı həyat tərzi vərdişlərinin formalaşdırılması məqsədilə Regional Ekologiya və Təbii Sərvətlər İdarələrinin əməkdaşları tərəfindən mütəmadi olaraq maarifləndirici görüşlər keçirilir.
Görüşlər zamanı mütəxəssislər tərəfindən Lənkəran şəhər xarici dillər təmayüllü internat tipli gimnaziyanın, Xaçmaz rayonu İstisu qəsəbə tam orta məktəbin şagirdlərinə ətraf mühitin mühafizəsi, tullantıların düzgün idarə olunması, resurslara qənaət və s. istiqamətlərdə ətraflı məlumatlar verilib, müzakirə olunan mövzular ətrafında verilən suallar cavablandırılıb.