20 sentyabr – Ümumdünya Təmizlik Günü
20 Sentyabr 2025, 11:38
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 2024-cü ildən etibarən 20 sentyabr tarixi “Ümumdünya Təmizlik Günü” kimi qeyd edilir.
Bu gün milyonlarla insanı, hökumətləri və təşkilatları bir araya gətirərək qlobal tullantı idarəçiliyi böhranına qarşı mübarizədə həmrəylik yaratmaq, daha dayanıqlı və tullantısız bir gələcək qurmaq üçün mühüm imkanlar təqdim edir.
Ümumdünya Təmizlik Günü – təmiz və sağlam ətraf mühitin qorunması, təbii sərvətlərdən səmərəli istifadə və tullantıların düzgün idarə olunmasında hər birimizin üzərinə düşən kollektiv məsuliyyətin rəmzidir.