Ümumrespublika Təmizlik Marafonu çərçivəsində növbəti dəfə ərazilər tullantılardan təmizlənib
29 Avqust 2025, 16:00
“Təmiz ölkəm” devizi altında keçirilən təmizlik aksiyaları çərçivəsində 29 avqust tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının, yerli icra hakimiyyəti orqanlarının, bələdiyyə nümayəndələrinin və sakinlərin iştirakı ilə Xəzər dənizinin Şüvəlan, Lənkəran sahillərində, Biləsuvar rayonu Bolqarçayın sahilində, Yevlax şəhəri Nizami prospektində, Qusar rayonu Qayakənd kəndi ərazisində, Füzuli rayonu Horadiz şəhəri ərazisində, Zəngilan rayonu Bəstiçay çayının ətrafında, Balakən rayonu Kortala, Göygöl rayonu Hacıkənd meşəbəyliklərində təmizlik aksiyaları keçirilib, ərazilər ümumilikdə 3.4 tondan artıq tullantıdan təmizlənib.
Təmizlik aksiyalarının keçirilməsində məqsəd ətraf mühitin qorunması, ictimaiyyət arasında ekoloji şüurun artırılması, təbiətə qarşı məsuliyyətli davranışın təşviq olunması və tullantıların düzgün idarə olunmasına diqqətin cəlb edilməsidir.