12 avqust – Xəzər Günü münasibətilə Bilgəh sahilində təmizlik aksiyası keçirilib
12 Avqust 2025, 17:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin əməkdaşlarının və Azərbaycan Könüllü Təşkilatları İttifaqına üzv könüllülərin birgə iştirakı ilə təşkil olunan tədbirdə sahildən 500 kiloqramdan artıq tullantı yığılaraq utilizasiya üçün daşınıb.
Bu aksiyanın məqsədi Xəzər dənizinin mühafizəsinə diqqəti artırmaq, gənclər başda olmaqla ictimaiyyəti ekoloji məsuliyyətə təşviq etmək və gələcək nəsillərə daha təmiz dəniz miras qoymaqdır.
Birgə atılan hər kiçik addım Xəzərin sabahı üçün böyük fərq yaradır.