12 avqust - Xəzər Günü
12 Avqust 2025, 09:40
2006-cı ilin 12 avqust tarixində “Xəzər dənizinin ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası”nın qüvvəyə minməsindən sonra hər il avqustun 12-si Xəzər Günü kimi qeyd olunur.
“Xəzər Günü”nün qeyd edilməsində məqsəd Xəzər dənizinin ətraf mühitinin çirklənmədən qorunması, o cümlədən Xəzər dənizinin bioloji ehtiyatlarının mühafizəsi, bərpası, davamlı və səmərəli istifadə olunması və bu istiqamətdə əhalinin maarifləndirilməsindən ibarətdir.