Xəbərlər


Oduncaq tədarükü ilə bağlı məlumat

06 Avqust 2025, 11:00

Cari ildə əhalinin və təşkilatların yanacaq odununa olan ehtiyacının qismən ödənməsi məqsədilə Regional Meşə Təsərrüfatı Mərkəzləri üzrə ümumilikdə 7609 hektar sahədə qırma sahələri ayrılmış, 61571,0 m3 həcmində oduncağın tədarük edilməsi nəzərdə tutulmuşdur.

Qırmaya əsasən yaşı ötmüş, inkişafdan qalmış, əvvəlki illərdə ziyanverici və xəstəliklərlə sirayətlənmiş, gövdəsində koğuş yaranmış, qurumuş, habelə qurumaqda olan ağaclar təyin edilmişdir.

Hazırda qırma sahələrində oduncağın tədarükü və satışı həyata keçirilir. Ayrılmış qırma sahələri barədə ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Qırma sahələrinin məkan məlumatları

1 saylı

2 saylı

3 saylı

4 saylı

5 saylı

6 saylı

7 saylı

8 saylı

9 saylı

10 saylı

11 saylı

13 saylı

14 saylı

15 saylı