Xəbərlər


Tibbi tullantıların düzgün idarə olunması sahəsində növbəti maarifləndirici tədbirlər keçirilib

05 Avqust 2025, 16:03

 
Ölkə ərazisində tibbi tullantıların idarə olunması sahəsində məlumatlılığın artırılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumları tərəfindən növbəti maarifləndirici tədbirlər Ağcabədi və Bərdə rayon mərkəzi xəstəxanalarında həyata keçirilib.

Görüşlər çərçivəsində iştirakçılarla tibbi tullantıların idarə olunmasında mövcud problemlər və onların həlli yolları mövzusunda müzakirələr aparılıb, tibbi tullantıların insan sağlamlığı və ətraf mühit üçün təhlükəsiz idarə edilməsi, təhlükəlilik dərəcəsinə uyğun tullantıların zərərsizləşdirilməsi metodları barədə məlumat verilib.