Xəbərlər


Gənclərin iştirakı ilə Xəzərin Şüvəlan sahili tullantılardan təmizlənib

04 Avqust 2025, 18:20

 
“Təmiz ölkəm” devizi altında keçirilən növbəti təmizlik aksiyası Xəzərin Şüvəlan sahilində təşkil olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə keçirilən iməcilik zamanı Nizami Rayon İcra Hakimiyyətinin fəal gənclərinin və ekokönüllülərin iştirakı ilə Xəzərin Şüvəlan sahili 800 kiloqramdan artıq tullantıdan təmizlənib.

Sahilyanı ərazilərdə ətraf mühitin çirklənməsinin qarşısını almaq, gəncləri ekoloji fəaliyyətlərə cəlb edərək onların ətraf mühitə olan münasibətini formalaşdırmaq məqsədilə təşkil olunan təmizlik aksiyaları mövsüm boyu mütəmadi olaraq davam etdiriləcək.