Lənkəran regionunda bərk məişət tullantılarının idarə edilməsi layihəsi icra ediləcək
25 İyul 2025, 17:25
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 11 iyul tarixli Sərəncamı ilə 2026-cı il üzrə həyata keçirilməsi nəzərdə tutulan dövlət-özəl tərəfdaşlığı (DÖT) layihələrinin siyahısı təsdiq edilib. Təsdiq olunmuş siyahıya daxil edilən prioritet layihələrdən biri Lənkəran regionunda bərk məişət tullantılarının idarə edilməsi layihəsidir.
Layihənin həyata keçirilməsində əsas məqsəd:
- Lənkəran şəhəri və ətraf bölgələr üzrə tullantıların toplanması, daşınması, çeşidlənməsi və emalı üzrə vahid və səmərəli sistemin qurulması;
- Təkrar emal və əlavə xammal bazarının formalaşdırılması;
- Bu sahədə innovativ texnologiyaların tətbiqi ilə emal və istehsal müəssisələrinin yaradılması;
- Regionda əhalinin məşğulluq səviyyəsinin artırılması və sosial rifahın yaxşılaşdırılmasıdır.
Layihənin texniki-iqtisadi əsaslandırması və tərəfdaşlıq şərtləri üzrə ətraflı məlumatlar müvafiq şərtlər toplusunda əks olunacaq və rəsmi qaydada ictimaiyyətə təqdim ediləcəkdir.
Qeyd edək ki, dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilən layihələr ölkədə sosial-iqtisadi inkişafın sürətləndirilməsinə, özəl investisiyaların təşviqinə, rəqabətqabiliyyətli xidmətlərin formalaşdırılmasına və innovativ həllərin geniş tətbiqinə zəmin yaradır.
Potensial investorların diqqətinə:
Layihədə iştirakda maraqlı olan hüquqi və fiziki şəxslər müvafiq müraciət formasını dolduraraq 60 gün ərzində ppp@economy.gov.az elektron poçt ünvanına göndərməlidirlər.
Layihə üzrə əlavə məlumatlarla tanış olmaq üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilmiş dövlət-özəl tərəfdaşlığı bölməsinə daxil olmaq mümkündür: www.economy.gov.az