“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində ekokönüllülər tərəfindən 73.5 kq işlənmiş batareya təhvil alınıb
13 May 2025, 18:55
İstifadəyə yararsız elektrik batareyalarının çeşidlənməsi və xüsusi şəraitdə zərərsizləşdirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qırmızı Ürəklər Fondu tərəfindən həyata keçirilən “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində ekokönüllülər tərəfindən növbəti dəfə işlənmiş batareyalar təhvil götürülüb.
Ekokönüllülər Ekspress Bankın Qaradağ filialından, “Bravo” supermarketlər şəbəkəsinin Əhmədli, Koroğlu və 20 Yanvar hipermarket filiallarından, “Araz” supermarketlər şəbəkəsinin Space filialından ümumilikdə 73.5 kq işlənmiş batareya toplayaraq "Tullantıları İdarəetmə Mərkəzi" MMC-yə təhvil veriblər.
Bu təşəbbüs ətraf mühitin qorunmasına töhfə verməklə yanaşı, cəmiyyətin ekoloji məsuliyyətinin artırılmasına yönəlib. Hər kəsi ətraf mühitin qorunmasına, tullantıların düzgün idarə edilməsinə yönəlmiş belə təşəbbüslərdə aktiv iştiraka çağırırıq.