Yaz əkin mövsümünün sonuncu “Tullantıları tinglərə dəyiş” aksiyası keçirilib
12 May 2025, 17:07
Tullantıların düzgün idarə olunması sahəsində əhalinin maarifləndirilməsi, ekoloji məsuliyyətin artırılmasına töhfə vermək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, “Bravo” supermarketlər şəbəkəsinin dəstəyi ilə “Bravo” Əhmədli hipermarketin qarşısında “Tullantıları tinglərə dəyiş” aksiyası keçirilib.
Aksiya zamanı vətəndaşlar ümumi tutumu 95 litr olan plastik, 55 litr tutumu olan şüşə tullantı və 132 ədəd işlənmiş batareya təhvil verərək əvəzində ərik, badam, sərv və Eldar şamı tingləri əldə ediblər.
Aksiyanın əsas məqsədi vətəndaşları tullantıların çeşidlənməsi və təkrar emalı prosesinə cəlb etmək, ətraf mühitin qorunmasına töhfə verməyə təşviq etmək və yaşıllıqların artırılması təşəbbüsünə dəstək verməkdir.
Qeyd edək ki, aksiyaların payız əkin mövsümündə davam etdirilməsi nəzərdə tutulub.