Növbəti dəfə “Tullantıları ekoçantaya dəyiş” aksiyası keçirilib
07 Mart 2025, 17:25
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Araz” supermarketlər şəbəkəsinin birgə təşkilatçılığı, Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə “Tullantıları dəyərə, ekoçantanı vərdişə çevir” devizi altında növbəti aksiya Nəsimi rayonu, Tbilisi prospektində yerləşən “Araz” superstore qarşısında keçirilib.
Aksiya zamanı vətəndaşlar plastik, şüşə tullantı və işlənmiş batareya təhvil verərək əvəzində ekoçanta əldə ediblər, azyaşlı uşaqlara isə kitablar hədiyyə olunub.
Hər kəsi tullantıların düzgün idarə olunması, vətəndaşlar arasında ekoloji məsuliyyətin artırılması, o cümlədən birdəfəlik polietilen torbalardan imtina edilərək alternativlərə keçidin sürətləndirilməsi məqsədilə keçirilən belə aksiyalarda aktiv iştiraka dəvət edirik.