Xəbərlər

3 mart - Ümumdünya Vəhşi Təbiət Günüdür.

03 Mart 2025, 09:40

 
Ümumdünya Vəhşi Təbiət Günü vəhşi fauna və floranın gözəlliyini və müxtəlifliyini vurğulamaq, onların çoxsaylı faydaları haqqında maarifləndirmək, insan fəaliyyəti nəticəsində növlərin azalmasına qarşı mübarizənin vacibliyini xatırlatmaq məqsədilə qeyd olunur.

2025-ci ildə bu beynəlxalq günün mövzusu – “Vəhşi təbiəti mühafizənin maliyyələşdirilməsi: insanlara və planetə investisiya”dır. Məqsəd həm insanlar, həm də planet üçün dayanıqlı bir gələcək qurmaqdır.

Hazırda 1 milyondan çox növün nəsli kəsilmək təhlükəsi altındadır və planetimiz ekoloji böhranla üzləşir. Belə bir şəraitdə vəhşi təbiətin mühafizəsi üçün innovativ maliyyələşdirmə həmişəkindən daha aktual və təxirəsalınmaz məsələdir.