Xəbərlər

Ən çox qar düşən ərazilər

21 Fevral 2025, 09:45

Milli Hidrometeorologiya Xidməti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir, hazırda əksər ərazilərə qar yağır. Ən çox qar şimal-qərb bölgəsində müşahidə olunur.

Xidmət rəsmisi Gülnarə Abbasova bildirib ki, hazırda qarın hündürlüyü Zaqatalanın dağlıq ərazisi olan Əlibəydə 76, Qaxın dağ kəndi olan Sarıbaşda 52, Şəkidə 29 sm-dir.