“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində növbəti dəfə işlənmiş batareyalar təhvil alınıb
11 Fevral 2025, 14:45
İstifadəyə yararsız elektrik batareyalarının çeşidlənməsi və xüsusi şəraitdə zərərsizləşdirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qırmızı Ürəklər Fondu tərəfindən həyata keçirilən “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində ekokönüllülər tərəfindən növbəti dəfə işlənmiş batareyalar təhvil götürülüb.
Könüllülər Azərbaycan Hava Yollarından, Bakı Ağ Şəhər Biznes mərkəzindən, Bakı Avropa liseyindən, "Araz" supermarketlər şəbəkəsinin Space və Xətai rayonu filiallarından və “Bravo” Əhmədli hipermarketdən ümumilikdə 100 kq işlənmiş batareya toplayaraq "Tullantıları İdarəetmə Mərkəzi" MMC-yə təhvil verib.
Belə təşəbbüslərdə aktiv iştirak ətraf mühitin qorunması, tullantıların düzgün idarə edilməsinə müsbət təsir göstərir, ekoloji davamlılığa töhfə verir. Layihəyə dəstək verən hər kəsə təşəkkür edirik.