Xəbərlər

Dünya Ekoloji Təhsil Günü ilə əlaqədar məktəblilər “ETSN-də bir gün” layihəsində iştirak ediblər

26 Yanvar 2025, 11:10

 
135 nömrəli tam orta məktəbin şagirdləri Ekologiya və Təbii Sərvətlər Nazirliyində olaraq Nazirliyin fəaliyyət sahələri ilə tanış olmaq imkanı əldə ediblər.

Şagirdlərə öncə Milli Hidrometeorologiya Xidmətinin mütəxəssisi tərəfindən hidrometeoroloji müşahidələrin təşkili, məlumatların qəbulu, emalı, vizuallaşması, həmçinin əldə edilmiş məlumatlar əsasında hava proqnozunun hazırlanması prosesi izah olunub. Təlimin sonunda uşaqlara “Azərbaycan iqlimi” adlı kitab hədiyyə olunub.

Daha sonra uşaqlar ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva ilə görüşüb. İnteraktiv formatda keçirilən görüş zamanı ətraf mühitin mühafizəsi, iqlim dəyişikliyinin təsirləri ilə bağlı şagirdlərlə səmimi söhbət və müzakirələr aparılıb, uşaqların sualları cavablandırılıb.

Tədbirin davamı olaraq şagirdlər Orxus İctimai Ekologiya İnformasiya Mərkəzi, ETSN-in Ekoloji siyasət şöbəsi, Hüquq və İnsan Resursları şöbəsi, Ekoloji Maarifləndirmə və Kommunikasiya şöbəsi ilə tanış olub, həmin şöbələrin iş fəaliyyəti barədə məlumatlandırılıblar.

Qeyd edək ki, “ETSN-də bir gün” layihəsi uşaqların erkən yaşlardan etibarən ətraf mühitin mühafizəsi sahəsində məlumatlandırılması, ekoloji şüurlu gənc nəslin yetişməsinə töhfə vermək məqsədilə keçirilir və davamlı olaraq təşkili nəzərdə tutulub.