
Bioloji Müxtəlifliyin Qorunması Xidmətində yeni təyinat olub
16 Yanvar 2025, 13:20
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib ki, ETSN-in Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi vəzifəsi müvəqqəti olaraq Xaliq Mirzəyevə həvalə edilib.
O qeyd edib ki, bu təyinata qədər X.Mirzəyev Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini vəzifəsində çalışıb.