Xəbərlər

Ekoloji qanunvericiliyin tələblərinə riayət olunması vəziyyəti araşdırılıb

21 Noyabr 2014, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən 01-15 noyabr 2014-cü il tarixlərində ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.
Araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən su və torpaq ehtiyatlarının, atmosfer havasının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 150 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 39 müddətli “məcburi göstəriş” verilib.
Ümumilikdə, 29 iş üzrə 65700 manat məbləğində cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 21 iş üzrə 14529.45 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 133 iş üzrə 27961.07 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 24, icra qurumlarına isə 6 iş göndərilib.