Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan 2 Fevral - Gənclər Gününə həsr olunan görüşdə ETSN-də aparılan kadr siyasəti nəticəsində Nazirlikdə çalışanların böyük hissəsini gənclərin təşkil etdiyi, son illər qulluğa qəbulda gənclərə üstünlük verildiyi vurğulanıb, onların peşəkar dövlət qulluqçusu kimi formalaşdırılması, xidmətdə fərqlənən gənclərin həvəsləndirilməsi və vəzifədə irəli çəkilməsi istiqamətində görülən tədbirlər qeyd edilib.
Nazirliyin rəhbərliyi sonda gənc ekoloqları və ekokönüllüləri Gənclər Günü münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb. Əmək fəaliyyətində fərqlənən gənc əməkdaşlar təltif olunub.
2 fevral-Azərbaycan Gəncləri Günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyində gənc ekologiya işçiləri və ekokönüllülərlə görüş keçirilib.
03 Fevral 2023, 10:40