Xəbərlər


“Bir ağac - min nəfəs”

07 Dekabr 2022, 13:30

Ölkədə yaşıllıqların artırılmasına töhfə vermək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Təmiz Şəhər” ASC və ARAZ supermarketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə 10 dekabr 2022-ci il tarixində saat 15:00-da Nəsimi rayonu, Tbilisi prospektində yerləşən Araz superstorun qarşısında ağac tinglərinin paylanılması aksiyası keçiriləcək.

Tullantıları tinglərə dəyişin:
  • plastik (ümumi tutumu minimum 10 litr);
  • şüşə (ümumi tutumu minimum 5 litr);
  • kağız;
  • və ya işlənmiş batareya (minimum 3 ədəd) tullantılarını təhvil verərək əvəzində ting əldə edin.
Hər kəsi aksiyada fəal iştirak etməyə, təbiətə fayda verəcək bu aksiyadan yararlanmağa çağırırıq. Əldə etdiyiniz tinglərin əkin şəkillərini sosial şəbəkələr vasitəsilə bizimlə bölüşə bilərsiniz.

Ünvan: Nəsimi rayonu, Tbilisi prospekti, Alatava 2 - Araz 20 Yanvar Superstore