Xəbərlər


Altıağac Milli Parkında tədbir keçirilib

29 Noyabr 2022, 13:30

Təbiət ərazilərində ekoturizm potensialının təbliği və turistlərin milli parklara cəlb edilməsinin təşviqi məqsədilə Altıağac Milli Parkında tədbir keçirilib.

Tədbir Altıağac qəsəbə tam orta məktəbin müəllim və şagird kollektivinin iştirakı ilə baş tutub.

İştirakçılara ölkəmizdə xüsusi mühafizə olunan təbiət ərazilərinin əhəmiyyəti, milli parklardakı flora və fauna növləri haqqında məlumatlar verilib, eləcə də, ekoturizm marşrutları ilə gəzintilər təşkil edilib. Eyni zamanda məktəblilər milli parkın nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası Mərkəzi ilə tanış olub.