Xəbərlər


“Bir ağac-min nəfəs” aksiyası davam edir

28 Noyabr 2022, 14:50

Əhmədli qəsəbəsində “Bravo” hipermarketin qarşısında keçirilən “Bir ağac-min nəfəs” aksiyası zamanı vətəndaşlardan ümumi tutumu 171 litr olan plastik, 15 litr şüşə, 32 kq kağız tullantı, 36 ədəd işlənmiş batareya təhvil götürülərək əvəzində onlara ağac tingləri paylanılıb. Bunu Ekoloji Maarifləndirmə və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Səyyarə Məmmədova bildirib.

O qeyd edib ki, aksiyanın məqsədi ölkədə yaşıllıqların artırılmasına töhfə vermək, eyni zamanda tullantıların təkrar emalına dəstək olmaqdır.

“Aksiya payız əkin mövsümünün sonunadək Bakıda və bölgələrdə davam etdiriləcək”.