17 iyun “Ümumdünya Səhralaşma və Quraqlıqla Mübarizə Günü” ilə əlaqədar regionlarda tədbirlər keçirilib
17 İyun 2022, 14:00
17 iyun “Ümumdünya Səhralaşma və Quraqlıqla Mübarizə Günü” ilə əlaqədar regional ekologiya və təbii sərvətlər idarələri tərəfindən Tovuz, Sabirabad, Göyçay və Ağcabədi rayonlarında maarifləndirmə tədbirləri həyata keçirilib.
Tədbirlərdə aidiyyəti rayon icra hakimiyyəti və bələdiyyələrin nümayəndələri, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin və “Azərsu” ASC-nin yerli bölmələrinin əməkdaşları, yerli qeyri-hökumət təşkilatlarının nümayəndələri, su istifadəçiləri, müəllim və şagirdlər iştirak ediblər.
Çıxışlar zamanı susuzluğun, quraqlığın dünyada yayılması səbəbləri, ölkəmizdə səhralaşmanın qarşısının alınması məqsədilə müvafiq dövlət proqramlarının işlənib hazırlanması, o cümlədən həyata keçirilməsi istiqamətində məlumat və tövsiyələr verilib.
Eyni zamanda Lənkəran regional ekologiya və təbii sərvətlər idarəsinin təşəbbüsü ilə Lənkəran rayonu ərazisində Xəzərin sahilyanı əraziləri bərk məişət və plastik tullantılardan təmizlənərək aidiyyəti üzrə şəhər poliqonuna daşınıb.