Xəbərlər


16 iyun Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkının yaranması günüdür

16 İyun 2022, 10:00

Yaranma tarixi: 16 iyun 2003-cü il

Yerləşməsi: Kiçik Qafqaz (Naxçıvan Muxtar Respublikası)

Sahəsi: 42 797,4 ha

Landşaft: Dağ meşəsi, dağ çəmənlikləri, qayalıqlar

Rast gəlinən bitki növləri: Çılpaq dorema, yabanı zınbırtikan, Araz palıdı, zərif süsən, Qrossheym süsəni, Gözəl qayışləçək, Mişşenko zümrüdçiçəyi və s.

Rast gəlinən heyvan növləri: Avropa tüvüyü, çəhrayı qutan, qıvrımlələk qutan, ərsindimdik, ağquyruq dəniz qartalı, berqut, toğlugötürən, adi ilanyeyən, şahin, Xəzər uları, dovdaq, bəzgək, Suriya sarımsaqlı qurbağası, yaşıl qurbağa, kiçik ağac qurbağası, qısayaq qurbağa və s.

“Qırmızı Kitab”a daxil olan növlər: Bəbir, zolaqlı kaftar, manul pişiyi, dağ qoyunu (muflon), bezoar keçisi, toğlugötürən, Xəzər uları, ağboğaz bülbül, qırmızıqanad mərciməkquşu və s.