Xəbərlər


“Bir ağac-min nəfəs” devizi altında ting paylama aksiyası bu dəfə Binəqədidə keçirilib

17 Aprel 2022, 14:55

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “SOCAR PETROLEUM” QSC-nin birgə təşkilatçılığı ilə Bakının Binəqədi rayonunda - Binəqədi-Novxanı yolunda fəaliyyət göstərən YDM-in ərazisində vətəndaşlara ağac tingləri hədiyyə edilib.

Ekokönüllülər tərəfindən vətəndaşlara ağac tinglərinin əkilməsi və onlara qulluq göstərilməsi qaydalarına dair məlumatlar verilib.

“Bir ağac-min nəfəs” devizi altında keçirilən aksiyanın məqsədi ağac əkmək istəyən hər kəsi tinglərlə təmin etməklə onlara dəstək olmaq, təbiətə töhfə verməkdir.

Qeyd edək ki, paylanılan ağac tingləri Nazirliyin tinglik sahələrində yetişdirilir. Əldə etdiyiniz tinglərin əkin şəkillərini sosial şəbəkələr vasitəsilə bizimlə bölüşə bilərsiniz.