“Bir ağac-min nəfəs” aksiyası davam edir
10 Aprel 2022, 18:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və "Araz" marketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə bugün Mehdiabadda yerləşən “Araz” supermarketin qarşısında vətəndaşlara ağac tingləri hədiyyə edilib.
Ağac əkilməsinin təşviqi məqsədilə keçirilən tədbirdə könüllülər tərəfindən vətəndaşlara ağac tingləri təqdim edilib və onlara qulluq göstərilməsi qaydalarına dair məlumatlar verilib.
Aksiyalar növbəti günlərdə də davam etdiriləcək. Əldə etdiyiniz tinglərin əkin şəkillərini sosial şəbəkələr vasitəsilə bizimlə bölüşə bilərsiniz.