Ting paylama aksiyası
10 Aprel 2022, 13:00
Ölkədə yaşıllıqların artırılmasına töhfə vermək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Banklar Assosiasiyasının birgə təşkilatçılığı ilə 11 aprel 2022-ci il tarixində saat 11:00-da “Access Bank"ın Xırdalan filialının qarşısında tinglərin paylanması aksiyası keçiriləcək.
Vətəndaşları fəal iştirak etməyə, təbiətə fayda verəcək bu aksiyadan yararlanmağa çağırırıq. Əldə etdiyiniz tinglərin əkin şəkillərini sosial şəbəkələr vasitəsilə bizimlə bölüşə bilərsiniz.
Ünvan: Access Bank (Xırdalan şəhəri, Qalubiyyə küç. 13A)