“Bir ağac-min nəfəs” aksiyası davam edir
07 Aprel 2022, 18:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “ASAN xidmət” mərkəzlərinin birgə təşkilatçılığı ilə 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin qarşısında vətəndaşlara ağac tingləri hədiyyə edilib.
Ağac əkilməsinin təşviqi məqsədilə keçirilən tədbirdə könüllülər tərəfindən vətəndaşlara ərik, sərv, zeytun tingləri təqdim edilib və onlara qulluq göstərilməsi qaydalarına dair məlumatlar verilib.
Aksiyalar növbəti günlərdə də davam etdiriləcək. Əldə etdiyiniz tinglərin əkin şəkillərini sosial şəbəkələr vasitəsilə bizimlə bölüşə bilərsiniz.