Xəbərlər


Şikayət yerində araşdırılıb

04 Aprel 2022, 16:05

Səbail rayonu, Ziya Yusifzadə küçəsində ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.

Xidmət rəsmisi Vaqif Cavadov bildirib ki, sözügedən ünvanda bioloji inkişafdan qalmış 2 ağac Dövlət Ekoloji Ekspertiza Agentliyinin rəyi əsasında Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən götürülüb.

“Götürülmüş ağacların əvəzinə yenilərinin əkilməsi üçün Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinə müraciət olunub”.