Ting paylama aksiyası bu dəfə “ASAN xidmət” mərkəzlərində keçirilib
03 Aprel 2022, 16:00
“Bir ağac - min nəfəs” devizi altında keçirilən növbəti ting paylama aksiyası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “ASAN xidmət” mərkəzlərinin birgə təşkilatçılığı 6 saylı və Quba “ASAN xidmət” mərkəzlərinin qarşısında keçirilib.
Ağac əkilməsinin təşviqi məqsədilə keçirilən tədbirdə könüllülər tərəfindən vətəndaşlara ağac tingləri hədiyyə edilib, onlara ağacların əkilməsi və qulluq göstərilməsi qaydalarına dair məlumatlar verilib.
Nazirlik hər kəsi təbiətə fayda verəcək bu aksiyalarda fəal iştirak etməyə, ağac əkməyə və qorumağa çağırır.