“Yaşıl Marafon 2022” çərçivəsində ilin ilk ağacəkmə aksiyası keçirilib
02 Aprel 2022, 16:11
Bu gün Müşfiqabadda “Yaşıl Marafon 2022” çərçivəsində ilin ilk ağacəkmə aksiyası keçirilib. Keçirilən aksiya zamanı 100-dən artıq könüllünün iştirakı ilə 2000 ədəd müxtəlif cinsli ağac əkilib.
Ölkənin müxtəlif regionlarında yaz-payız əkin mövsümləri müddətində kütləvi ağacəkmə aksiyalarının keçirilməsini nəzərdə tutan bu ilki “Yaşıl Marafon” kampaniyası Azərbaycanda, xüsusən də Abşeron yarımadasında yaşıl dəhlizlərin yaradılması, mürəkkəb relyefli, sərt yamaclı ərazilərdə ağacların əkilməsini əhatə edəcək və bununla, ətraf mühitin mühafizəsinə, o cümlədən ölkəmizin flora biomüxtəlifliyinin artırılmasına töhfə verəcək.