Xəbərlər


“Bir ağac-min nəfəs” aksiyası davam edir

01 Aprel 2022, 16:45

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyi) birgə təşkilatçılığı ilə vətəndaşlara ağac tingləri hədiyyə edilib.

Abşeron "DOST" və 4 saylı Bakı "DOST" Mərkəzlərinin qarşısında keçirilən aksiya zamanı könüllülər tərəfindən vətəndaşlara ağac tinglərinin əkilməsi və onlara qulluq göstərilməsi qaydalarına dair məlumatlar verilib.

Qeyd edək ki, paylanılan ağac tingləri nazirliyin tinglik sahələrində yetişdirilir və paylanarkən hər regionun iqlim şəraiti nəzərə alınır. Aksiyalar Bakıda və bölgələrdə növbəti günlərdə də davam etdiriləcək.