Xəbərlər


Ağacların kəsilməsi ilə bağlı toplanmış sənədlər Baş Prokurorluğa göndərilib

02 Aprel 2022, 09:00

Sabirabad rayonu, Qaragüney kəndində ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb. Bunu Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib.

O qeyd edib ki, araşdırma zamanı ağacların kəsildiyi ərazinin vətəndaş Həmid Kərimova məxsus olduğu və təbiətə 22740 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

“Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Baş Prokurorluğa göndərilib”.