Xəbərlər


“Bir ağac-min nəfəs”

30 Mart 2022, 18:00

Ölkədə yaşıllıqların artırılmasına töhfə vermək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyi) birgə təşkilatçılığı ilə 31 mart 2022-ci il tarixində tinglərin paylanması aksiyası keçiriləcək.

Vətəndaşları fəal iştirak etməyə, təbiətə fayda verəcək bu aksiyadan yararlanmağa çağırırıq. Əldə etdiyiniz tinglərin əkin şəkillərini sosial şəbəkələr vasitəsilə bizimlə bölüşə bilərsiniz.

11:00 4 saylı Bakı DOST Mərkəzi (Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov 3103)

14:00 Abşeron DOST Mərkəzi (Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci km, "Abşeron Gənclər Şəhərciyi" yaşayış kompleksi, bina 27