Xəbərlər


“Bir ağac-min nəfəs”

29 Mart 2022, 09:00

Ölkədə yaşıllıqların artırılmasına töhfə vermək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyi) birgə təşkilatçılığı ilə 29 mart 2022-ci il tarixində saat 11.00-da 3 saylı Bakı DOST Mərkəzinin qarşısında tinglərin paylanması aksiyası keçiriləcək.

Vətəndaşları fəal iştirak etməyə, təbiətə fayda verəcək bu aksiyadan yararlanmağa çağırırıq. Əldə etdiyiniz tinglərin əkin şəkillərini sosial şəbəkələr vasitəsilə bizimlə bölüşə bilərsiniz.

Ünvan: 3 saylı Bakı DOST Mərkəzi (Nizami rayonu, Heydər Əliyev prospekti 183 b)2008:16